BAKI, 27 yanvar. TELEQRAF

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun yanvarın 28-də çinli həmkarı Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.

***

12:15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28-29-da Çinə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmisi açıqlama yayıb.

Bildirilib ki, səfər Çinin xarici işlər naziri Van İnin dəvəti əsasında baş tutacaq.