BAKI, 22 yanvar. TELEQRAF
20 Yanvar 1990-cı ildə Azərbaycanda baş vermiş və "Qara Yanvar" kimi tarixə düşmüş qırğında şəhid olanları ehtiramla yad edirik.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.
"Bir millət, iki dövlət” prinsipi ilə Azərbaycan türkü qardaşlarımızla həmrəylikdə olmağa davam edəcəyik",- o qeyd edib.