BAKI, 4 dekabr. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinin rəisi Gürsel İsmayılzadə Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusevlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.
Y. Qusev Rusiyanın işğalının ilk günlərindən Ukraynaya göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
Tərəflər həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.