BAKI, 19 noyabr. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"Alison Hukerin rəhbərlik etdiyi Birləşmiş Ştatlar nümayəndə heyəti ilə görüşməkdən məmnun oldum. Müzakirələrimiz Ermənistan–Azərbaycan sülh gündəminin irəlilədilməsi və regional əlaqə layihələrinin icrası da daxil olmaqla geniş məsələləri əhatə etdi. Həmçinin regional və qlobal proseslər barədə fikir mübadiləsi apardıq və Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq ruhunu bir daha təsdiqlədik", -paylaşımda qeyd olunub.