BAKI, 30 sentyabr. TELEQRAF

Braziliya COP30-un danışıqlar mərhələsini praktiki icraata çevirməyi hədəfləyir.

Teleqraf xəbər verir ki, bu barədə Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.

Diplomat qeyd edib ki, Braziliya COP29-un irsini davam etdirmək niyyətindədir: “Elmi texnologiyalarla müasir həllərin birləşdirilməsini, çoxtərəfli tərəfdaşlığın mövcud olmasını istəyirik. İqlim dəyişikliyinin insan həyatının ayrılmaz hissəsi olduğunu qorumaq vacibdir. Biz mövcud boşluqları müəyyənləşdirərək COP30-un uğurla keçirilməsinə çalışırıq”.