BAKI, 8 sentyabr. TELEQRAF

"Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çox faydalı olub".

Teleqraf xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün keçirilən mətbuat konfransında bildirib.

Diplomat qeyd edib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin möhkəmliliyinin göstəricisidir:

“İlham Əliyev artıq 8-ci dəfədir Çini ziyarət edir və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparır. Si Cinpin İlham Əliyevi köhnə dostu adlandırıb. Görüşlər zamanı Si Cinpin Azərbaycanla münasibətlərin inkişafı və möhkəmlənməsi üçün böyük imkanların olduğunu daim xüsusi vurğulayıb”.