BAKI, 11 iyul. TELEQRAF

“Ermənistan Əbu-Dabidə keçirilən görüşü uğurlu hesab edir. Biz təsdiq edirik ki, iki ölkə rəhbəri arasındakı görüş sülh prosesinin həyata keçirilməsi üçün ciddi əsas ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan deyib.

XİN rəsmisi bildirib: “Ermənistan ictimaiyyəti hökumətin sülh gündəliyinin həyata keçirilməsi ilə bağlı ideyaları ilə tanışdır. Əbu-Dabidə səslənən bütün mövqelər bu strategiyalara uyğun gəlir”.

Qeyd edək ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh danışıqları ilə bağlı görüş keçirilib.