BAKI, 7 may. TELEQRAF

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfərə gedib.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində C.Bayramov İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşəcək. Habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.