TBİLİSİ, 16 aprel. TELEQRAF

“Azərbaycanla Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana səfərinin yekunlarını Bakıda gürcü jurnalistlərə şərh edərkən deyib.

Onun sözlərinə görə, ticari-iqtisadi, enerji, mədəni məsələlər baxımından və dünyada mövcud siyasi vəziyyət fonunda Gürcüstanla Azərbaycan arasında münasibətlər nümunəvidir.

“Ölkələrimiz arasında strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət mövcuddur. Bütün bunlar mənim səfərim zamanı bütün səviyyələrdə ifadə olundu. Belə səmimi qəbula və qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizim Azərbaycanla həqiqətən nümunəvi münasibətlərimiz var”, - M.Kavelaşvili söyləyib.

Prezident bildirib ki, Bakıda keçirdiyi görüşlər zamanı bölgədə uzunmüddətli sabitliyə və sülhə ehtiyacın olduğu xüsusilə vurğulanıb.