TBİLİSİ, 16 aprel. TELEQRAF

“Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə biz iki ölkə arasında müxtəlif sektorlarda, xüsusən də ticari-iqtisadi sahədə möhkəm əməkdaşlıq əsasında qurulmuş nümunəvi strateji tərəfdaşlığı vurğuladıq”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “X” hesabında yazıb.

O, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib.

“Biz bölgədə sülh və sabitliyin mühüm əhəmiyyətini vurğuladıq və mən Gürcüstanın bu prosesə fəal töhfə verməsi ilə bağlı sadiqliyini təsdiqlədim”, - M.Kavelaşvili yazıb.