BAKI, 12 aprel. TELEQRAF

Azərbaycan Konstitusiyasında Ermənistanın ərazisinə dair hər hansı bir iddia yoxdur. Əgər erməni tərəfi əksini iddia edirsə, bu halda sülh sazişinin imzalanması üçün problemlər yarana bilər.

Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Antalyada keçirilən IV Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” panelində çıxışı zamanı deyib.

C.Bayramov Ermənistan tərəfinin iddiasını doğru hesab etməyib.

"Əgər erməni tərəfi əksini iddia edirsə, bu halda sülh sazişinin imzalanması üçün problemlər yarana bilər", - deyə XİN rəhbəri bildirib.