BAKI, 29 mart. TELEQRAF

Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan bayramı münasibəti ilə təbrik edib.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm xanım, Zati-aliləri.

Bütün müsəlman ümmətinin böyük sevinc və şadlıqla qarşıladığı mübarək Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin ehtiramımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Uca Allah bütün dualarınızı, arzularınızı, ehsanlarınızı və xeyirxah əməllərinizi qəbul etsin, qardaş xalqlarımız arasındakı əzəli dostluq və mehribanlıq telləri daha da möhkəmlənsin.

Möhtərəm zanım, Zati-aliləri, qəlblərimizin mübarək Ramazan ayının nur və bərəkətindən işıqlandığı bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ocağınıza bərəkət və bolluq arzulayıram".