BAKI, 29 mart. TELEQRAF

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Birinci vitse-prezident Mehriban Əliyevaya Ramazan bayramı münasibəti ilə təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Birinci vitse-prezident,

Zati-alinizin və qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi-qəlbdən təbrik edir, bu mübarək bayramın İslam aləmi və bütün dünya üçün sülhə, əmin-amanlığa və səadətə vəsilə olmasını diləyirəm.

Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayıram".