.jpg)
BAKI, 29 mart. TELEQRAF
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif dövlət başçısı İlham Əliyevə Ramazan bayramı münasibəti ilə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Prezident,
Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm, xoşbəxtlik və firavanlıq arzulayıram".