
BAKI, 29 mart. TELEQRAF
"BMT kolonializm məsələsində bizə dəstək olmalıdır"
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (Qvadelupa) katibi Xose Martin Jan-Pyer Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda çıxış zamanı deyib.
O bildirib ki, sözügedən məsələdə beynəlxalq əməkdaşlıq önəmlidir:
"Düzdür, müəyyən dövlətlər də bu addımı atır. Ancaq yeganə nümunəvi addımı BTQ edir. Həmçinin BMT-yə üzv dövlətlər bizə dəstək verməlidirlər. QHT-ləri, təşkilatlara çağırış edirik ki, dəstək olsunlar. BTQ-dən nümunə götürsünlər".