BAKI, 18 may. TELEQRAF

Türkiyədə su infrastrukturu sistemi əksər hallarda səmərəli idarə olunmur.

Teleqraf xəbər verir ki, bunu İstanbul Texniki Universitetinin professoru Bülent İnanç WUF13-də təşkil edilən "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin sürətləndirilməsi üçün Dayanıqlı Mənzil Maliyyələşdirilməsinin Regional Perspektivləri" tədbirində deyib.

O bildirib ki, buna görə də böyük həcmdə su və maliyyə vəsaiti itirilir.

"Türkiyədə su itkiləri və düzgün idarəetməmək su böhranını artırır", - o vurğulayıb.