BAKI, 18 may. TELEQRAF
Dağ şəhərlərinin inkişafının xüsusi əhəmiyyətini, eləcə də bu sahədəki təcrübə və ekspertizamızı nəzərə alaraq, Dağ Şəhərlərinin Beynəlxalq Assosiasiyasının yaradılması məsələsinə baxılmasını təklif edirik.
Teleqraf xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində bildirib.
“Ümid edirik ki, bu assosiasiya qabaqcıl təcrübələrin mübadiləsi və dağ şəhərlərinin dayanıqlı inkişafına yönəlmiş birgə tədqiqat layihələrinin həyata keçirilməsi üçün platformaya çevriləcək. Öz tərəfimizdən assosiasiyanın baş qərargahına Bişkekdə ev sahibliyi etməyə hazırıq”, - deyə S.Japarov əlavə edib.