BAKI, 7 oktyabr. TELEQRAF

2026-2027-ci tədris ili üzrə 8 nəfər Tacikistan vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu barədə Teleqraf-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil alacaqlar.

Tədris proqramları humanitar və sosial, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, əsas (baza ali) tibb təhsili ixtisas istiqamətlərini əhatə edəcək.