BAKI, 7 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə oktyabrın 7-dən 9-dək işgüzar səfərlə bu ölkədə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilib ki, Özbəkistan lideri Avaza Milli Turizm Zonasında keçiriləcək Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının VIII Məşvərət görüşündə və Müstəqil Dövlətlər Birliyinin növbəti sammitində iştirak edəcək.