BAKI, 6 oktyabr. TELEQRAF
Bu gün Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb.
Teleqraf xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.
O qeyd edib ki, "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində ümumilikdə parkın ərazisinə 33 baş ceyran buraxılıb və hazırda onların sayı təbii artımla birlikdə 100 başa çatıb.
“2010-cu ildən başlanılmış bu layihə ilə əlaqədar olaraq bugünədək Şirvan Milli Parkından 450 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub”, - o vurğulayıb.