BAKI, 7 oktyabr. TELEQRAF

Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyata aldığı 54 vətəndaşımız haqqında da məlumat vermişik.

Teleqraf xəbər verir ki, bunu bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, onlardan 17 nəfərinin meyiti qaytarılıb Saxlanma yerlərində öldürüldüyü bildirilən 33 nəfərin meyiti qaytarılmayıb. 4 nəfərin taleyi isə açıqlanmayıb. Bu ailələr hələ də cavab gözləyirlər.
Biz işğaldan azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif etmişik.
Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi itkin düşdüyü bildirilən 50 erməni erməni əsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında ekspertizalar uyğunluq müəyyən etməyib. Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırıq.