BAKI, 14 sentyabr. TELEQRAF
2026-cı ilin avqust ayında ölkə üzrə yaşa görə aylıq sosial müavinət alan şəxslərin sayı 178 498 nəfər təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, müavinət alan şəxslərin gender tərkibində qadınlar üstünlük təşkil edir. Belə ki, həmin şəxslərin 60,1%-i qadınların, 39,9%-i isə kişilərin payına düşür.