QARABAĞ, 12 sentyabr. TELEQRAF

Azərbaycan balının beynəlxalq səviyyədə tanıdılmasını hədəfləyirik.

Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə Bal Festivalının açılışında bildirib.

O qeyd edib ki, Azərbaycanda arıçılığın böyük potensialı var:

“Əsas hədəf yerli arıçılıq məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq, Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirməkdir”.

M.Məmmədov dövlət dəstəyi və arıçıların səyi ilə Azərbaycan balının dünya bazarlarında mövqeyinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.