BAKI, 14 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 412 yanğına çıxış, 35 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 41 nəfər xilas edilib, 14 nəfər təxliyə olunub, 3 nəfərin meyiti təhvil verilib.