BAKI, 14 sentyabr. TELEQRAF

Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O bildirib ki, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir.

“Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”, - Allahşükür Paşazadə vurğulayıb.