BAKI, 13 sentyabr. TELEQRAF
Almaniyanın Bavariya şəhərində Dunay çayının sahilində qadın uzunluğu iki metrdən çox olan anakonda aşkar edib.
Teleqraf xəbər verir ki, Cənubi Amerikada yaşayan anakondanın bu növü təbii yaşayış yerlərindən yüzlərlə kilometr aralıda Kirchrot şəhəri yaxınlığında günəş altında aşkarlanıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və sürünənlər üzrə mütəxəssis gəlib.
Anakonda ilan tutanlara müqavimət göstərməyib.
Bavariyada anakondaların saxlanmasına yalnız ciddi şərtlər daxilində icazə verilir. Böyük pitonlar ştat qanunlarına əsasən təhlükəli vəhşi heyvanlar kimi təsnif edilir.
Anakondalar doqquz metrə qədər uzana və 200 kiloqrama qədər çəkiyə çata bilər. Kiçik ilanlar əsasən quşlarla qidalanırlar.
Dişilər böyüdükcə və cinsi yetkinliyə çatdıqca daha böyük canlıları ovlayırlar.
Anakondalar ovlarını güclü bədən halqaları ilə sıxaraq və sonra bütöv şəkildə udaraq öldürürlər.