BAKI, 14 sentyabr. TELEQRAF

“2026–2027-ci tədris ilində Azərbaycanda ümumilikdə 2,2 milyon təhsilalan təhsilə başlayır”.

Teleqraf xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, onlardan 1,6 milyonu ümumi təhsil, 260 mini ali təhsil, 226 mini məktəbəqədər təhsil, 64 mini orta ixtisas və 44 mini peşə təhsili pilləsində təhsil alacaq.

"Bu il Azərbaycanda 124 min şagird birinci sinfə qədəm qoyacaq", - nazir əlavə edib.