BAKI, 14 sentyabr. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Avropa Xarici Fəaliyyət Xidmətinin Sülh, Tərəfdaşlıq və Böhranların İdarə Edilməsi üzrə Direktorluğunun nümayəndələrini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Görüşdə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası ilə bağlı məsələlər və ikitərəfli maraq doğuran digər mövzular müzakirə edilib.