BAKI, 14 sentyabr. TELEQRAF

"Azərbaycan dili – dövlət dili kimi" fənninin saatları artırılır.

Teleqraf xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2026–2027-ci tədris ilindən etibarən I–IX siniflərin hər birində bu fənn üzrə həftəlik dərs yükü 1 saat artırılacaq.