BAKI, 14 sentyabr. TELEQRAF

Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək.

Bu barərə Teleqraf-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Məlumata görə, test imtahanında müvəffəqiyyət qazanmış 175 nəfər hakimliyə namizədlə 26 sentyabr 2026-cı il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50) yazılı imtahan keçiriləcək.

"Bununla əlaqədar namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az keçidi vasitəsilə əldə edə bilərlər. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62" - deyə məlumatda qeyd olunub.