BAKI, 14 sentyabr. TELEQRAF

Bu il müəllimlik ixtisaslarına 7 540 nəfər qəbul olunub.

Teleqraf xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

“Müəllimlik ixtisaslarına qəbul balını artırmaqla daha yaxşı müəllimlər yetişdirə bilərik. Müəyyən azalmalar olacaq. Əvvəllər 11 mindən yuxarı rəqəmdən danışırdıq. İndi 3 690 nəfərlik plan yeri azalıb”, - nazir qeyd edib.