​BAKI, 20 may. TELEQRAF

"Korrupsiyaya qarşı mübarizənin vacib istiqamətlərindən biri xaricdə olan aktivlərin qaytarılması məsələsində ölkələr arasında əməkdaşlığın qurulmasıdır".

Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı plenar sessiyası çərçivəsində Tayland Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının nümayəndəsi Sornçai Çoiçan jurnalistlərə bildirib.

O qeyd edib ki, korrupsiya böyük və mürəkkəb problemdir.

Tayland nümayəndəsi hazırda davam edən sessiyanın əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirmək baxımından çox faydalı olduğunu söyləyib.