BAKI, 19 dekabr. TELEQRAF
“2025-ci il ərzində TƏBİB tabeli tibb müəssisələrində ana ölümünün sayı 22 olub, sevindirici haldır ki, 101 kritik ağır hal isə tibb personalının səyi nəticəsində ölümlə nəticələnməyib”.
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
O qeyd edib ki, uşaq ölümlərinin sayı 30 faiz azalıb.