“2025-ci ildən etibarən kistoz fibroz xəstələrin tibbi təminatında əlavə bir yenilik həyata keçirilib. Belə ki, mukovissidoz xəstələrində qidalı maddələrin sorulmasında olan defisiti kompensasiya etmək məqsədilə balanslaşdırılmış tibbi enteral qida məhsullarının təminatına başlanıb”.
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
O bildirib ki, kistoz fibroz xəstələrinin dərman təminatı artıq qeydiyyatda olduqları ərazi poliklinikaları vasitəsilə həyata keçirilir:
“Ölkə üzrə 77 nəfər kistoz fibroz xəstəsi qeydiyyatdadır. Onlardan 70 nəfəri 18 yaşa qədər uşaqlar, 7 nəfəri isə 18 yaşdan yuxarı şəxslərdir.