BAKI, 28 aprel. TELEQRAF
Aprelin 28-i saat 9:00-a olan məlumata əsasən bəzi çaylarda sululuq artıb.
Bu barədə Teleqraf-a Milli Hidrometeoroloji Xidmətdən məlumat verilib.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 25 sm, Qusarçay-Kuzunda 19 sm, Qarasuçay-Zərdabda 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 2 sm artım qeydə alınıb. Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su sərfi 158 m3/san olmaqla normanın 89%-ni təşkil edir.