BAKI, 15 mart. TELEQRAF

Tibbi sığorta xidmətlər zərfinin genişləndirilməsi bu il də nəzərdə tutulur.

Bunu Teleqraf-ın sualına cavabında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, hər il tibbi sığorta zərfində genişləndirmə aparılır:

"Hazırda bu zərfə 3315 xidmət daxildir. Xidmətlər ildən-ilə artırılır, bu qayda cari ildə də davam etdiriləcək".