BAKI, 15 mart. TELEQRAF

"Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük mələsi çətin görünür".

Bunu Teleqraf-a açıqlamasında 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri olmuş, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətin deyib.

"Hazırkı müddətdə Aİ Türkiyəni qəbul edərmi? Məncə, etməz. Amma Türkiyənin və Aİ-nin bir-birilərinə ehtiyacı var. Təşkilatın tələbləri yerinə yetirilmədən bu, çətin görünür".

CHP-nin sabiq sədri Türkiyədə növbədənkənar prezident seçkisinin keçirilmə ehtimalını da gerçək saymayılb.

O bildirib ki, növbəti prezident seçkilərinə qədər Əkrəm İmamoğlu həbs olunmasa, namizəd olacaq:

"CHP-nin namizədi Əkrəm İmamoğlu ola bilər, ancaq hazırda ona qarşı məhkəmə iddiaları var. İmamoğlu namizəd olmasa, CHP-nin namizədi Mansur Yavaş olacaq. Türkiyədə ciddi iqtisadi proseslər var. Bu problemin həlli yolunda kimlər addım atarsa, qalib gələcək".