BAKI, 15 mart. TELEQRAF

Beynəlxalq səhiyyə sistemində islahatlara ehtiyac var

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyə böhranda: hazırlılıq və bərabərlikdə yeni cəbhələr” panel müzakirələrində Qlobal Əməkdaşlıq Forumunun Prezidenti və CEO-su Amir Dossal bildirib.

Onun sözlərinə görə, beynəlxalq səhiyyə sistemində baş vermiş uğursuzluqlardan dərs götürməli və daha güclü sistem formalaşdırılmalıdır

“Dünyanın yüzdən çox ölkəsində əczaçılıq problemi yaşanır. Onlar dərmanla təminatda problemlərlə qarşılaşır və dəstəyə ehtiyac duyurlar. Bu baxımdan investisiyalar, sərmayə istiqrazları yatırılmalı və suveren fondlar bu işə qoşulmalıdır. Şəffaflıq təmin olunmalı, korrupsiya hallarının qarşısı alınmalıdır. Bu bir növ uğura aparacaq paradiqmadır. Çoxtərəfli tərəfdaşlıq digər sahələrdə olduğu kimi burada da çox vacibdir", – Amir Dossal bildirib.