
BAKI, 15 mart. TELEQRAF
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) akademiyasında azərbaycanlı müdavimlər onlayn şəkildə təhsil alacaqlar.
Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda bu yöndə işlər davam etdirilir.
Plastik cərrahların fəaliyyətinin yoxlanılmasına toxunan nazir deyib ki, yaradılmış müvafiq komissiyanın bu günə qədər 9 iclası keçirilib.
O bildirib ki, nazirlik, Baş prokurorluq və DİN tərəfindən birgə yaradılan komissiyanın son iclası aprelin əvvəlində baş tutacaq və yekun qərarlar veriləcək.