
BAKI, 26 fevral. TELEQRAF
Səhiyyə Nazirliyi Sabunçuda 15 nəfərin ölümünə səbəb olan elit spirti məsələsini ciddi araşdırır. Ona görə də indi bu barədə məlumat verə bilmərik.
Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinin ziyarətindən sonra jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, fevralın 22-23-də ümumilikdə 15 nəfər etil (texniki) spirtdən zəhərlənərək ölüb. Sözügedən hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.