BAKI, 22 fevral. TELEQRAF

Fevralın 21-də Xocalı rayonu ərazisində minaya düşən şəxsin vəziyyəti ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu fevralın 21-də saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.