BAKI, 16 fevral. TELEQRAF

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, “Çermet” körpüsünün üzərində və Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində təmir işləri aparılır.

Bu barədə Teleqraf-a DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.