BAKI, 17 aprel. TELEQRAF
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün ayrılan kvota tamamlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, ziyarət üçün 1150 nəfər qeydiyyatdan keçib.
"Kvota tamamlandığı üçün sənəd qəbulu dayandırılıb. Amma hələ də müraciət edən vətəndaşlar var. Bildirmək istəyirəm ki, yerlərin hamısı bloklanıb, onlar gələn ilə qalacaq", - QMİ sözçüsü əlavə edib.
Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.