BAKI, 17 aprel. TELEQRAF

“Matçdan sonra rəqibin oyunçularından üzrxahlıq etdim. Fürsətdən istifadə edib baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm”.

Teleqraf xəbər verir ki, bu sözləri “Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXVIII turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Son dəqiqələrdə baş verən epizodu görmədim. Amma bildirdilər ki, Konate onların ehtiyat skamyasının yanında qolu aşkar şəkildə qeyd edib. Mən də arxaya dönmüşdüm. Nə baş verdiyini görmədim. Qol epizoduna görə nəsə deyə bilmərəm. Bəlkə də ofsayddır, bir şey deyə bilmərəm. "Neftçi" çox yaxşı münasibətlərimiz olan klubdur” - deyə, mütəxəssis bildirib.