BAKI, 18 aprel. TELEQRAF

MİNGƏÇEVİR, 18 aprel. TELEQRAF

Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” tamaşasının premyerası baş tutub.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn tamaşa Sumqayıt Dövlət Dram Teatrının kollektivi tərəfindən hazırlanaraq ilk dəfə Mingəçevir şəhərində teatrsevərlərə təqdim olunub.

İlkin məlumata əsasən, Qarabağ müharibəsinin qəhrəmanlarından biri olan Natiq Qasımovun həyat və döyüş yoluna həsr edilən “Ölməz” tamaşası geniş auditoriya qarşısında nümayiş etdirilib və vətənpərvərlik ruhu ilə seçilən səhnə əsəri kimi maraqla qarşılanıb.

Qeyd edilir ki, səhnə əsəri yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanmış qəhrəmanlıq dramıdır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssam Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir.

Səhnə əsərində Natiq Qasımovun igidliyi və vətənpərvərliyi bədii ifadə vasitələri ilə tamaşaçılara təqdim olunur.