KÜRDƏMİR, 17 aprel. TELEQRAF

""Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən qatarların sürət həddinin artırılması ilə bağlı hər hansı işlər aparılmır".

Teleqraf-ın Kürdəmirə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirdən sonra açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının ərazisində mövcud infrastruktur maksimal sürət olaraq 140km/saat müəyyən olunub.

"Qatarlar həmin sürətlə hərəkət edirlər. Bu sürət ADY üçün maksimal hesab olunur", - o vurğulayıb.