KÜRDƏMİR, 17 aprel. TELEQRAF
Kürdəmir stansiyası demək olar ki, Azərbaycanın tam mərkəzində yerləşir və dəmir yolu olmayan istiqamətlərə də nəqliyyat əlçatanlığını təmin edir.
Teleqraf-ın Kürdəmirə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib.
O bildirib ki, həm Kürdəmir, həm də yaxında olan Ağsu rayonu və digər yaşayış məntəqələrinin də Bakıya dəmir yolu üzərindən əlaqəsini təmin edir və yeni bir alternativ formalaşır.
"Daha kamfortlu, daha sürətli, daha təhlükəsiz bir paytaxtla əlaqəni təmin edir".