BAKI, 17 aprel. TELEQRAF

Fransa Prezident Makron Ermənistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın Avropa işləri üzrə naziri Benjamin Haddad bildirib.

"Ölkələrimiz arasında onsuz da çox yaxın olan tarixi, mədəni və iqtisadi əlaqələri, eləcə də müdafiə sahəsində əməkdaşlığı gücləndirə biləcəyik. Prezident Makron və Baş nazir Paşinyan bizi daha da yaxınlaşdıracaq strateji tərəfdaşlıq müqaviləsi imzalayacaqlar. Bunun ardınca Avropa İttifaqı ilə İrəvan arasında əməkdaşlığı gücləndirmək üçün fürsət yaradan Aİ-Ermənistan sammiti keçiriləcək. Bu, Ermənistanın Fransa və Avropa İttifaqı ilə münasibətlərində mühüm mərhələ olacaq" - Haddad qeyd edib.

Nazir vurğulayıb ki, Fransa artıq Ermənistanla müdafiə sahəsindəki əməkdaşlığını həm silah təchizatı, həm də məsləhət baxımından genişləndirib.