KÜRDƏMİR, 17 aprel. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu yaxınlarda Dərnəgül dayanacağını sərnişinlərin istifadəsinə verilməsi ilə bağlı işləri yekunlaşdırır".
Teleqraf-ın Kürdəmirə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirdən sonra açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın zamanda dayanacağın açılışı nəzərdə tutulur.
Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platformadan ibarətdir.