BAKI, 18 aprel. TELEQRAF
ABŞ prezidenti Donald Trump İranla danışıqların yalnız İslamabad şəhərində aparılacağını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "ABC News" telekanalına müsahibəsində danışıb. O, danışıqların başqa ölkədə keçirilməsi ehtimalını istisna edib və yalnız İslamabad variantını qəbul etdiyini vurğulayıb.
ABŞ lideri qeyd edib ki, ikinci raund danışıqların həftəsonu baş tutması mümkündür. Onun sözlərinə görə, ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiv Uitkoff, həmçinin Cared Kuşner daxil ola bilər. Tramp əlavə edib ki, vitse-prezident Cey Di Vensin də iştirak ehtimalı var, lakin bu məsələ hələ dəqiqləşdirilməyib.